AZ

“Bakı Polad Burazlar”ın xalis zərəri 24 dəfədən çox azalıb

“Bakı Polad Burazlar” ASC 2023-cü ili 3 min 26 manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 73 min 120 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, “Bakı Polad Burazlar”ın xalis zərəri 2023-cü ildə 2022-ci illə müqayisədə 24 dəfədən çox azalıb.

Marja.az Şirkətin 2023-cü il dekabrın 31-nə mühasibat balansına istinadən xəbər verir ki, “Bakı Polad Burazlar” ASC-nin gəlirləri 2022-ci ildə 819 min manat ikən, 2023-cü ildə 746 min manata düşüb.

Xalis zərərin azalması əsasən Şirkətin inzibati xərclərinin 2022-ci ildəki 411 min manatdan 2023-cü ildə 237 min manata geriləməsilə əlaqədardır. 

“Bakı Polad Burazlar” ASC-nin əsas fəaliyyəti burazların (tros) istehsalıdır.

 

Bakı Polad Burazlar
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
23
marja.az

10Mənbələr