AZ

ARDNF fond indekslərinə investisiya qoymaqla 5 milyard dollardan çox gəlir əldə edib (Özəl)

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) fond indekslərinə sərmayəqoyduqdan sonra beş milyard dollardan çox gəlir əldə edib.

Bu barədə özəl olaraq ARDNF-dən Trend-ə bildiriblər.

Məlum olduğu kimi, 2012-ci ildən başlayaraq Azərbaycan DövlətNeft Fondu (ARDNF) investisiya portfelini şaxələndirmək məqsədiləsəhm indeksləri vasitəsilə səhmlərə investisiya qoymağa başlayıb.Bu strategiyanın tətbiq edilməsindən bəri 31 mart 2024-cü iltarixinə gəlir 5,3 milyard dollar və ya 226 faiz təşkil edib.Xüsusi vurğulanmalıdır ki, ARDNF bütün növ aktivlər, o cümlədənsəhmlər üzrə investisiya portfelinin şaxələndirilməsinə böyükəhəmiyyət verir.

Fond qeyd edib ki, əksər institusional investorlar, o cümlədənARDNF, suveren fondlar və pensiya fondları, listinq edilmişsəhmlərə investisiya qoyarkən passiv idarəetmə strategiyasındanistifadə edirlər.

Qeyd edək ki, ARDNF-nin fond indeksi strategiyası müəyyənşirkətlərin səhmlərinin aktiv seçimini deyil, 1400-dən çoxşirkətdən ibarət qlobal indeksə daxil olan bütün səhmlərə onlarınbazar kapitallaşmasına mütənasib olaraq passiv investisiyaqoyuluşunu nəzərdə tutur.

"Bu strategiya individual şirkətlərin səhmlərinə investisiyaetmək əvəzinə, “MSCI World” kimi xüsusi səhm indekslərini izləməyinəzərdə tutur. ARDNF-nin səhm portfeli üzrə izlədiyi əsas indeksolan “MSCI World” indeksi 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə1465 şirkətin (bu şirkətlərin toplam bazar kapitalizasiyası 70trilyon ABŞ dollarına yaxındır) səhmlərini özündə birləşdirir", -deyə qeyd olunub.

“MSCI World” indeksinin izlənilməsi üzrə göstəricilər(31 mart 2024-cü il tarixinə)

Qeyd etmək lazımdır ki, "MSCI World" indeksini izləməklə yanaşı,ARDNF-nin 1,6 milyard ABŞ dolları həcmində hissəsini “MSCI Europeex UK” indeksini izləyən portfel və nağd vəsaitlər təşkil edir.

"Son zamanlarda mediada çıxan xəbərlərlə əlaqədar olaraqbildirmək istərdik ki, Tesla və İntel səhmləri ARDNF-nin portfelinədaxil edildikdən sonra (İntel səhmləri 2012-ci ildən - portfelyarandığı gündən, Tesla isə 2013-cü ildən - "MSCI World” indeksinədaxil olunduğu tarixdən etibarən) həmin səhmlərin ARDNF-ninportfelindəki çəkiləri MSCI indeksindəki eyni səhmlərin çəkilərinəuyğun olub. Ümumiyyətlə, səhm indeksi hər hansı region, ölkə,sektor və digər amillər üzrə birjada kotirovka olunan şirkətləriehtiva etməklə müvafiq bazarı özündə əks etdirən səhm toplusudur.Bu indekslərə nümunə olaraq “S&P 500” (ABŞ səhm bazarının 500ən iri həcmli şirkəti), “STOXX Europe 600” (Avropanın inkişaf etmişölkələrinin 600 kiçik, orta və iri həcmli şirkəti), “NASDAQ 100Technology Sector” (100 ən böyük texnologiya şirkəti) göstərməkolar", - deyə Fonddan qeyd ediblər.

“MSCI World” indeksinin ölkələr və sektorlar üzrəbölgüsü (31 mart 2024-cü il tarixinə)

"Qeyd edək ki, passiv idarəetmə çərçivəsində indeksinizlənilməsi dedikdə, indeksə daxil olan səhmlərə onların indeksdəkiçəkilərinə müvafiq olaraq investisiya etməklə səhm portfelininqurulması nəzərdə tutulur. Əlavə olaraq bildirmək istərdik ki,ARDNF Birja ticarəti fondları (ETF - Exchange Traded Funds) və yamüştərək fondlara (mutual funds) yatırım etmir, indeksə daxil olanşirkətlərin səhmlərini birbaşa alır", - deyə ARDNF-dənbildiriblər.

ARDNF-nin İnkişaf etmiş ölkələrdə kotirovka olunan səhminvestisiyaları üzrə əsas göstəricilər və gəlirlilik (31 mart2024-cü il tarixinə)

İnvestisiya edilən vəsait

7,1 milyard ABŞ dolları

Gəlir

5,3 milyard ABŞ dolları

Cari dəyər

12,4 milyard ABŞ dolları

Portfelin yaranma tarixindən gəlirlilik

226%

"Bir daha vurğulamaq istərdik ki, ARDNF individual səhmləriseçməklə spekulyativ və ya riskli strategiyanı deyil, bir çoxinstitusional investorlar kimi daha konservativ, diversifikasiyanıtəmin edən passiv idarəetmə strategiyasını həyata keçirir", - deyəbildirilib.

ARDNF
ARDNF
ARDNF
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
3
az.trend.az

1Mənbələr