AZ

"O, bu yay "Mançester Siti"dən ayrılmaq istəmir"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Bavariya"ya qayıtmaqda maraqlı deyil.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Sky Sport"un jurnalisti Florian Plettenburq məlumat yayıb:

"Bavariya" Pepin ürəyindədir, lakin o, bu yay "Mançester Siti"dən ayrılmaq istəmir. O, burada çox xoşbəxtdir, 2025-ci ilə qədər də müqaviləsi var. “Bavariya”ya qaytmaq məsələsi aktual deyil”.

Xatırladaq ki, Qvardiola daha əvvəl 2013-2016-cı illərdə "Bavariya"da çalışıb. Xosep komandaya 3 Almaniya çempionluğu və 2 Almaniya Kubokunu qazandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla