AZ

BMT-nin baş katibi Putinə məktub göndərəcək

BMT-nin baş katibi Antonio Quterreş andiçmə mərasimi münasibətilə Rusiya prezidenti Vladimir Putinə məktub göndərəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

...Baş katib hər dəfə dövlət başçısının andiçmə mərasimi və ya yenidən andiçmə mərasimi keçiriləndə olduğu kimi məktub göndərəcək.

TASS onun sözlərindən sitat gətirir.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin and içdikdən sonra rəsmi olaraq Rusiya prezidenti vəzifəsinin icrasına başlayıb. ...Senator, Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin üzvü Olqa Kovitidi RT ilə söhbətində tədbirlə bağlı təəssüratlarından danışıb.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
11
Mənbələr
Şərh ()
Bağla