- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Qəzzada atəşkəsin yaradılması, girov və məhbusların qarşılıqlı azad edilməsi ilə bağlı son təklifin Fələstin tərəfindən qəbul edilməsini alqışladıq.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
O qeyd edib ki, Qəzzada dağıntı və qırğınların sona çatması istiqamətində bu qədər müsbət irəliləyiş olsa da, İsrailin Rəfaha hücumlarını artırması Netanyahu hökumətinin vicdanlı davranmadığını bir daha göstərbi:
“Rəfaha qarşı əməliyyat təkcə regiona deyil, bütün dünyaya təsir edəcək. İsrailin işğal etdiyi Rəfah sərhəd keçidinin Qəzza hissəsindən dərhal geri çəkilməsi vacibdir. Rəfahda və sərhəd keçidində status-kvo tez bir zamanda bərpa olunmalıdır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.