AZ

Türkiyə İsraili Rəfah sərhəd keçidindən geri çəkilməyə çağırıb

Qəzzada atəşkəsin yaradılması, girov və məhbusların qarşılıqlı azad edilməsi ilə bağlı son təklifin Fələstin tərəfinin qəbul edilməsini alqışladıq. APA-nın verdiyi xəbərə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. O qeyd edib ki, Qəzzada dağıntı və qırğınların sona çatması istiqamətində bu qədər müsbət irəliləyiş olsa da, İsrailin Rəfaha hücumlarını artırması Netanyahu hökumətinin vicdanlı davranmadığını bir daha göstərdi: “Rəfaha qarşı əməliyyat təkcə regiona deyil, bütün dünyaya təsir edəcək. İsrailin işğal etdiyi Rəfah sərhəd keçidinin Qəzza hissəsindən dərhal geri çəkilməsi vacibdir. Rəfahda və sərhəd keçidində status-kvo tez bir zamanda bərpa olunmalıdır”, - o deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
4
bizimyol.info

5Mənbələr