Atışma hadisəsi Tacikistan və Qırğızıstan sərhədində baş verib.
Bu barədə Qırğızıstan sərhəd xidmətiözünün rəsmi Teleqram kanalında məlumat yayıb.
Atışma Batken vilayətinin Leylek rayonunun Ak-Bosoqo rayonu yaxınlığında baş verib. Sərhədçilər dövlət sərhədindən 250-300 m aralıda Qırğızıstan ərazisində mal-qara otaran bir neçə Tacikistan vətəndaşını müşahidə ediblər.
“Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar”, - deyə idarədən bildirilib.
Çobanlardan birinin sərhəd naryadına doğru bir neçə dəfə atəş açdığı məlum olub.