AZ

Avropa limanlarını Rusiyanın üzünə bağlayır – 14-cü sanksiya paketində daha nələr var?

Avropa İttifaqı Rusiya maye qazının tranzit daşımalarını, malların Rusiyaya daşınması üçün Avropa limanlarından istifadəni qadağan etməyi və Aİ əməliyyatçılarının sanksiya pozuntularına görə məsuliyyətinin sərtləşdirilməsini müzakirə edir.

“AzPolitika” “Röyter” agentliyinəm istinadla xəbər verir ki, yeni məhdudiyyətlər Moskvaya qarşı sanksiyaların 14-cü paketinə daxil edilə bilər.

Məlumatda qeyd olunur ki, Aİ səfirlərinin ötən həftə təqdim etdikləri təkliflərə görə, bu paket maye qazın üçüncü ölkələrə daşınması zamanı Avropa limanlarından istifadənin qadağan edilməsini, nəticədə Rusiyanın maye qaz gəlirlərinin məhdudlaşdırılmasını hədəfləyir.

Bu təkliflərdə həm də Rusiyanın müharibə səylərinə xidmət göstərən gəmilərin Avropa İttifaqı limanlarından istifadəsinin qadağanı nəzərdə tutulur.

Söhbət ilk növbədə Rusiyaya müdafiə və təhlükəsizlik sektorunda istifadə üçün mal və texnologiyaları daşıyan gəmilərdən gedir.

Təkliflərə görə Aİ operatorları sahibi olduqları qeyri-Avropa qurğu və qurumlarının sanksiya rejimini pozmasına görə məsuliyyət daşıyacaqlar.

Eyni zamanda Avropa İttifaqındakı siyasi partiyaların, analitik mərkəz və mediaların Rusiyadan iqtisadi mənfəət qəbul etməsi qadağan edilməlidir. Bu istiqamətdə “Voice of Europe”, RIA Novosti, “Izvestiya” və “Rossiyskaya Gazeta” mediaları sanksiya siyahısına əlavə olunacaqlar.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
11
azpolitika.info

5Mənbələr