AZ

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırmaq niyyətindədir


Avropa İttifaqı (Aİ) ölkələri iyul ayına qədər Rusiyaya qarşı 14-cü sanksiyalar paketini razılaşdırmaq niyyətindədir.

Missiya.Az 
TASS-a istinadən xəbər verir ki, rusiyalı diplomatların Aİ-də sərbəst hərəkəti ilə bağlı məhdudiyyətlər və Rusiyadan mayeləşdirilmiş təbii qazın, nüvə yanacağı və alüminiumunun idxalına qadağa qoyulmayıb.

Bildirilib ki, növbəti məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində Aİ qadağan olunmuş məhsulların ticarətində şübhəli bilinən firmalar siyahısına daha 52 Rusiya və xarici şirkət əlavə edəcək. Qadağan olunmuş məhsullara, habelə, dron komponentləri də daxildir. Bundan başqa, yeni sanksiyalar paketinə Avropanın siyasi partiyalarına, qeyri-hökumət təşkilatlarına və Rusiyadan maliyyə alan KİV-lərə qadağa da daxildir.  


Zərintac Mayisqızı
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
18
missiya.az

10Mənbələr