AZ

Yağıntılı hava nə vaxtadək davam edəcək? - AÇIQLAMA


Son bir neçə gündür ölkə ərazisində dəyişkən hava şəraiti müşahidə olunur, yağıntılı hava isə davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Bəs yağıntılar nə vaxta kimi davam edəcək? Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Missiya.Az-a açıqlamasında deyib ki, Bakıda və Abşeron yarımadasında da yağıntılı hava şəraiti müşahidə edilir:

“Bu gün axşam saatlarında yağıntılarda qısamüddətli fasilə olacaq. Mayın 8-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasında yenidən yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi ayın 7-si axşam tədricən zəifləyəcək. Müşahidə olunan yağıntılı hava şəraitinin mayın 9-u gündüz saatlarına kimi davam edəcəyi gözlənilir. 9-u gündüz yağıntılar tədricən kəsiləcək”.



Zərintac Mayisqızı
Missiya.Az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
6
Mənbələr
Şərh ()
Bağla