AZ

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? (AÇIQLAMA)

"Mayın 15-dək yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı bölgələrdə yağıntılar leysan xarakterli və intensiv olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Direktor yüksək dağlıq ərazilərində qar yağacağının ehtimal olunduğunu bildirib:

"Havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enəcək. Mərkəzi Aran rayonlarında 15-20, dağlıq ərazilərində isə 10 dərəcəyə qədər isti olacaq. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ şaylarında qısa müddətdə daşqın, sel keçəcəyi ehtimalı var".

Gülşad Məmmədova əlavə edib ki, bu gün Bakıda və Abşeron yarmadasında arabir güclənən şimal-qərb küləyi əsəcək:

"Belə hava mayın 14-ü səhər saatlarına kimi davam edəcək. Gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 15-18 dərəcə isti olacaq. Bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə isə yağıntılar intensiv xarakterlidir".

Bahar Rüstəmli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
3
qaynarinfo.az

9Mənbələr