AZ

Türkiyə Superliqası: "Fənərbağça" çempionluq yarışında vacib xal itirib

Türkiyənin “Fənərbağça” klubu Superliqanın XXXV turunda qarşılaşdığı “Konyaspor”la matçda xal itkisi ilə üzləşib.

“Report” xəbər verir ki, İsmail Kartalın yetirmələri səfərdə 0:0 hesablı heç-heçəyə razılaşıb.

Bu nəticənin ardından turnir cədvəlində ikinci sırada qərarlaşan “sarı-lacivərdlilər”in əzəli rəqibi “Qalatasaray”la xal fərqi 6-ya yüksəlib.

Qeyd edək ki, Türkiyə çempionatının başa çatmasına 3 tur qalmış Okan Burukun komandası 96 xalla liderdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
4
Mənbələr
Şərh ()
Bağla