AZ

"Fənərbaxça" çempionluq yarışında vacib xal itirdi

“Fənərbaxça” klubu Superliqanın XXXV turunda qarşılaşdığı “Konyaspor”la matçda xal itkisi ilə üzləşib.Metbuat.az xəbər verir ki, İsmail Kartalın yetirmələri səfərdə 0:0 hesablı heç-heçəyə razılaşıb. Bu nəticənin ardından turnir cədvəlində ikinci sırada qərarlaşan “sarı-lacivərdlilər”in əzəli rəqibi “Qalatasaray”la xal fərqi 6-ya yüksəlib.

Qeyd edək ki, Türkiyə çempionatının başa çatmasına 3 tur qalmış Okan Burukun komandası 96 xalla liderdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
4
metbuat.az

5Mənbələr