AZ

Çin Ukraynadakı münaqişənin həlli üçün işləməyə hazır olduğunu açıqlayıb

Çin Prezidenti Si Cinpin Le Figaro qəzeti üçün köşə yazısında yazıb ki, Çin Fransa və bütün beynəlxalq ictimaiyyətlə birlikdə Ukrayna böhranının həlli yollarını axtarmaq niyyətindədir.

 

Oxu24.com  xəbər  verir  ki, “Biz ümid edirik ki, sülh və sabitlik tezliklə Avropaya qayıdacaq. Biz böhranın həlli üçün düzgün yollar tapmaq üçün Fransa və bütün beynəlxalq ictimaiyyətlə işləmək niyyətindəyik”, - Çin lideri köşə yazısında yazıb.

 

O, Çinin bu böhranın səbəbkarı, tərəfi və ya iştirakçısı olmadığını, ancaq sülh yolu ilə həllin təşviqində konstruktiv rol oynadığını bildirib. O, həmçinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət etmək, eləcə də bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmət etmək, müxtəlif tərəflərin qanuni təhlükəsizlik maraqlarını nəzərə almaq barədə dəfələrlə etdiyi çağırışları xatırladıb. O, nüvə silahından istifadənin və nüvə müharibəsinin yolverilməzliyini vurğulayıb.

 

Si Cinpin bildirib ki, Çin Ukraynaya humanitar yardım edib, ÇXR-in xüsusi nümayəndəsi isə bir neçə dəfə münaqişə tərəfi olan ölkələrə səfər edib.

 

Bundan əvvəl Associated Press yazıb ki, Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpini Ukraynadakı münaqişənin sonunu yaxınlaşdırmaq üçün Rusiyaya təsir rıçaqlarından istifadə etməyə inandırmağa çalışacaq.

 

Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı Fransa və Çinin təkliflərini fərqli dəyərləndirir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
34
Mənbələr
Şərh ()
Bağla