Bakı. Trend:
Türkiyənin Qaziantep vilayətində ağır yol nəqliyyat hadisəsi başverib. İlkin məlumata görə hadisə nəticəsində 8 nəfər ölüb, 11nəfər yaralanıb. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.
Trend xəbər verir ki, hadisə Qaziantepin İslahiye-Hataymagistral yolunda sement daşıyan yük maşını ilə mikroavtobusuntoqquşması nəticəsində meydana gəlib.
Qəza yerinə çox sayda xilasedici və təcili tibbi yardımbriqadası cəlb olunub.