AZ

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

BMT-nin

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dörd gün davam edəcək Meşə Forumunun sessiyası işə başlayıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, BMT-nin Meşə Forumu BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) universal üzvü olan funksional komissiyasıdır. 2000-ci ildə təsis edildiyi gündən bəri Forum 2007-ci ildə ilk BMT Meşə Aləti, 2015-ci ildə Qlobal Meşə Maliyyələşdirilməsinin Asanlaşdırılması Şəbəkəsi (GFFFN) və 2030-cu ilədək Meşələr üzrə ilk BMT-nin Strateji Planının qəbulu və onun altı Qlobal Meşə Məqsədi daxil olmaqla bir çox mərhələlərdən keçib. Bu, BMT-nin Meşə Forumunun sayca 19-cu (UNFF19) sessiyasıdır.

UNFF19 tarixi sessiyadır, belə ki, Forum Meşələr üzrə Beynəlxalq Razılaşmanın keçid mərhələsini həyata keçirir. Qlobal Meşə Məqsədlərinə nail olunmasını təmin etmək və Dayanıqlı İnkişaf Hədəflərinə (DİM) doğru irəliləyişi sürətləndirmək üçün əldə edilmiş tərəqqi qiymətləndirilməsi və boşluqların müəyyən edilməsi üzrə icmal 2030-cu ilə qədər olan kursu müəyyənləşdirəcək. Sessiyanın əsas nəticələri Yüksək Səviyyəli Seqment bəyannaməsi və keçid mərhələsinin nəticələrini, həmçinin Forumun 2025-2028-ci illər üçün yeni dördillik Fəaliyyət Proqramını özündə əks etdirən omnibus qətnaməsi olacaq.

BMT Meşə Forumunun sessiyasında təşkilata üzv ölkələrin daimi nümayəndəlikləri, habelə meşə təsərrüfatı üzrə ekspertlər və iri biznes strukturlarının təmsilçiləri iştirak edirlər.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
Mənbələr
Şərh ()
Bağla