AZ

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

Bakı. Trend:

Mayın 6-da BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında dörd gündavam edəcək Meşə Forumunun sessiyası işə başlayıb.

Trend təşkilatın saytına istinadən xəbər verir ki, BMT-nin MeşəForumu BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) universal üzvüolan funksional komissiyasıdır.

2000-ci ildə təsis edildiyi gündən bəri Forum 2007-ci ildə ilkBMT Meşə Aləti, 2015-ci ildə Qlobal Meşə MaliyyələşdirilməsininAsanlaşdırılması Şəbəkəsi (GFFFN) və 2030-cu ilədək Meşələr üzrəilk BMT-nin Strateji Planının qəbulu və onun altı Qlobal MeşəMəqsədi daxil olmaqla bir çox mərhələlərdən keçib. Bu, BMT-nin MeşəForumunun sayca 19-cu (UNFF19) sessiyasıdır.

UNFF19 tarixi sessiyadır, belə ki, Forum Meşələr üzrə BeynəlxalqRazılaşmanın keçid mərhələsini həyata keçirir. Qlobal MeşəMəqsədlərinə nail olunmasını təmin etmək və Dayanıqlı İnkişafHədəflərinə (DİM) doğru irəliləyişi sürətləndirmək üçün əldəedilmiş tərəqqi qiymətləndirilməsi və boşluqların müəyyən edilməsiüzrə icmal 2030-cu ilə qədər olan kursu müəyyənləşdirəcək.

Sessiyanın əsas nəticələri Yüksək Səviyyəli Seqment bəyannaməsivə keçid mərhələsinin nəticələrini, həmçinin Forumun 2025-2028-ciillər üçün yeni dördillik Fəaliyyət Proqramını özündə əks etdirənomnibus qətnaməsi olacaq.

BMT Meşə Forumunun sessiyasında təşkilata üzv ölkələrin daiminümayəndəlikləri, habelə meşə təsərrüfatı üzrə ekspertlər və iribiznes strukturlarının təmsilçiləri iştirak edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
az.trend.az

3Mənbələr