AZ

Keniyada daşqınlarda ölənlərin sayı 228 nəfərə çatdı

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu seldə həyatını itirənlərin sayının 228-ə yüksəldiyi bildirilib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, rəsmilər Hidayə qasırğasının yaxınlaşması ilə bağlı xəbərdarlıq edib və qasırğanın sahilyanı bölgə üçün təhlükə yaratdığını qeyd ediblər. Qarşıdakı günlərdə güclü yağış və güclü küləyin güclənəcəyini bildirən səlahiyyətlilər vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb. Qeyd olunub ki, seldən zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
manset.az

1Mənbələr

Şərh ()
Bağla