Futbol üzrə Niderland Erediviziyasının 2023/2024 mövsümünün 32-ci turunda Rotterdam “Sparta”sı ilə ev oyunu PSV üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Eyndhoven təmsilçisi bu oyunda 4:2 hesablı qələbəyə sevinib.
Sözügedən komanda məhz bu qələbə sayəsində 2023/2024 mövsümündə Niderland çempionluğunu erkən surətdə rəsmiləşdirib. Eyndhoven təmsilçisi 32 oyundan 87 xalla Erediviziyanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Feyenoord” isə 78 xalla xalla 2-ci pillədə yer alıb. İndi son iki tur eyndhovenlilər üçün yalnız yarış nizamnaməsi baxımından əhəmiyyətli olacaq. Göründüyü kimi, “Feyenoord”un Eyndhoven təmsilçisini üstələmək imkanı yoxdur.
Bu qalibiyyət PSV-nin 25-ci zəfəridir. Eydhovenlilərin həmçinin 16 gümüş medal var.
Xatırladaq ki, Niderland çempionluğu üzrə mütləq rekord Amsterdam “Ayaks”ına məxsusdur. “Ayaks”ın 36 qızıl, 23 gümüş medalı var.