Şəkidə qadını avtomobil vuraraq öldürüb
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün saat 00:10 radələrində Şəki şəhəri ərazisində Rövşən Muradov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada 1956-cı il təvəllüdlü Qəribə Həmid qızı Abdullayevanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.