AZ

Saray qəsəbəsində avtobus problemi yaşanırVİDEO

Abşeron rayonunun Saray qəsəbəsində sərnişin avtobusu problemi yaşanır. 

Xezerxeber.az-ın məlumatına görə, avtobus olmadığı üçün  sakinlər yolda qalırlar.

Qəsəbə sakinləri bildirirlər ki, Saraydan Bakıya birbaşa marşrut yoxdur. Bu səbəbdən də onlar Sumqayıtdan Bakıya işləyən avtobuslardan istifadə edirlər. Həmin avtobusların dolu gəlməsi isə sakinləri xeyli çətinə salır.

Sakinlərin sözlərinə görə, problem əsasən səhər saatlarında yaşanır.  

Pik saatlarda avtobusların dolu olduğunu sürücülər də təsdiqlədilər. Sakinlər isə bildirirlər ki, həmin müddətdə taksidən istifadə etməli olurlar.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, həmin istiqamətdə Bakıya gedən sakinlərin əksərriyəti avtovağzala deyil, “20 Yanvar” metrostansiyasına qədər getmək istədiklərini bildirirlər. Avtobuslar isə yalnız Avtovağzal- Sumqayıt marşrutu üzrə xəttə buraxılır. Bu zaman sakinlər həmin avtobusa minməkdən imtina edirlər. Ancaq buna baxmayaraq, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə sabahdan xəttə əlavə avtobuslar çıxarılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
Mənbələr
Şərh ()
Bağla