AZ

Saray qəsəbəsində avtobus problemi yaşanır - VİDEO

Abşeron rayonunun Saray qəsəbəsində sərnişin avtobusu problemi yaşanır.

Bizim.Media xəbər verir ki, avtobus olmadığı üçün sakinlər yolda qalırlar.

Qəsəbə sakinləri bildirirlər ki, Saraydan Bakıya birbaşa marşrut yoxdur. Bu səbəbdən də onlar Sumqayıtdan Bakıya işləyən avtobuslardan istifadə edirlər. Həmin avtobusların dolu gəlməsi isə sakinləri xeyli çətinə salır.

Sakinlərin sözlərinə görə, problem əsasən səhər saatlarında yaşanır.
Pik saatlarda avtobusların dolu olduğunu sürücülər də təsdiqləyiblər. Sakinlər isə bildiriblər ki, həmin müddətdə taksidən istifadə etməli olurlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
bizim.media

3Mənbələr