![İlon](https://azertag.az/files/2024/2/1200x630/1714768391386457856_1200x630.jpeg)
Bakı, 4 may, AZƏRTAC
“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask xəbərdarlıq edib ki, ABŞ-nin dövlət borcu problemi həll olunmasa, dollar dəyərsizləşəcək.
AZƏRTAC xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində bildirib.
“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”, - deyə Mask yazıb.
Bundan əvvəl Beynəlxalq Valyuta Fondunun büdcə məsələləri departamentinin direktoru Vitor Qaspar bildirmişdi ki, ABŞ-ın dövlət borcunun artması bütün dünyada mənfi təsirlərə səbəb olur.