AZ

İrəvanda separatçı rejimin “bayrağı”nı qaldıran gənclər saxlanıldı – VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İrəvanın mərkəzində Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasına etiraz olaraq aksiya keçirilib.

KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə yürüşün görüntüləri yayılıb.

Görüntülərdə xüsusi təyinatlı polis qüvvələri – “qırmızı berelilər” Ermənistan və ləğv edilmiş separatçı rejimin “bayraq”ları ilə gedən etirazçıları saxlayır.

Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan arasında keçirilən 8-ci görüşdə Azərbaycan və Ermənistanın 4 kəndin qaytarılması ilə bağlı razılıq əldə etməsindən sonra Ermənistanda etirazlar müşahidə olunur. Razılaşmaya əsasən, yaşayış məntəqələrinin qaytarılması prosesi dərhal başlamalı və mayın ortalarında demarkasiya olunmuş sərhəd xətti boyunca hər iki tərəfdən sərhədçilərin yerləşdirilməsi ilə başa çatmalıdır.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla