AZ

Sərhədimizdəki bu kənd minalardan təmizləndi - YOL AÇILDI

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.

Bildirilib ki, polis və Müdafiə Nazirliyinin maşınları da daxil olmaqla, çoxlu avtomobil kəndi tərk edib.

Qeyd edək ki, saat 18:20-də Kirantsdan 2500 m şimalda partlayış işləri aparılacağı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, ərazidən götürülən minalar partladılacaq.

Məhz bundan sonra polis və hərbçilər ərazini tamamilə tərk edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
7
Mənbələr
Şərh ()
Bağla