AZ

Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı

Saat 19:00-dan etibarən Kirants kəndinə gedən yol açılıb. Hazırda kəndin hər tərəfindən giriş maneəsizdir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Bildirilib ki, polis və Müdafiə Nazirliyinin maşınları da daxil olmaqla, çoxlu avtomobil kəndi tərk edib.

Qeyd edək ki, saat 18:20-də Kirantsdan 2500 m şimalda partlayış işləri aparılacağı barədə məlumat yayılmışdı. Bildirilirdi ki, ərazidən götürülən minalar partladılacaq.

Məhz bundan sonra polis və hərbçilər ərazini tamamilə tərk edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
7
milli.az

8Mənbələr