AZ

Tarif Şurasının elektrik və qazpaylayıcı şəbəkələrlə bağlı qərarı qiymətlərə necə TƏSİR EDƏCƏK?VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətlərində yenilik edilib. Tarif Şurası tərəfindən elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib. 

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, istər elektrik, istərsə də qazpaylayıcı şəbəkələrə qoşulma ilə bağlı neqativ təsirlərin aradan qaldırılması üçün yeni mexanizmin tətbiqinə ehtiyac var idi.

Onun sözlərinə görə, yeni qərar bu sahədə sui-istifadə hallarının qarşını almağa kömək edəcək.

Ekspert deyir ki, əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir. Əhali üçün 40 manat ödəniş təyin edilib.

Yalnız 10 kilovatdan yuxarı enerji şəbəkəsinə qoşulanlar üçün 60 manat ödəniş olacaq .

Yeni ödəmə məbləğlərinə əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının ödəniş məbləğləri 60-76% azalır.3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
46
22
Mənbələr
Şərh ()
Bağla