AZ

Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir

Hazırda NATO qoşunlarının Ukraynaya göndərilməsinə ehtiyac yoxdur.

 

Oxu24.com xəbər  verir  ki, müvafiq bəyanatla Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron çıxış edib.

Onun sözlərinə görə, Alyans əsgərlərinin Ukraynaya göndərilməsi “təhlükəli eskalasiya” olardı.

“Bu da lazım deyil”, - deyə TASS-dan sitat gətirib.

Nazir həmçinin “NATO əsgərlərinin rus əsgərlərini öldürməsi”ni “yanlış” adlandırıb.

Qeyd edək ki, bir gün əvvəl Kemeron rezonans doğuran rusofob bəyanatla çıxış edib.

O, Kiyevə səfəri zamanı bəyan edib ki, Kiyev Britaniya silahları ilə Rusiya ərazisini vurmaq hüququna malikdir. Daha sonra Reuters xəbəri təkzib edib. Agentlik oradakı bəzi detallara yenidən baxılacağını bildirib. Cümə günü, mayın 3-də agentlik Böyük Britaniyanın xarici işlər nazirinin bəyanatı ilə nəşri geri qaytarıb.

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
349
50
Mənbələr
Şərh ()
Bağla