AZ

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

Azərbaycan Premyer Liqasının 33-cü turunda “Sabah”ı qəbul edəcək “Araz-Naxçıvan” hazırlığını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, zədə səbəbindən ötən tur “Zirə”yə qarşı oyunda iştirak etməyən İsmail Azzaui və Orxan Əliyev də bugünkü çalışmalara qatılıb.

Əliyevin zədəsi tam sağalmasa da, legioner yarımmüdafiəçi baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxacaq gücdədir.

“Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 5-də “Dalğa Arena”da keçiriləcək. Matç saat 19:00-da start götürəcək. Stadiona giriş sərbəst (biletsiz) olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
5
futbolinfo.az

7Mənbələr