AZ

Almaniyada polis Fələstin tərəfdarlarına müdaxilə edib

Almaniyanın paytaxtı Berlində Humboldt Universitetinin bağçasına daxil olan polis oturaq etiraz aksiyası keçirən Fələstin tərəfdarlarına müdaxilə edib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Almaniyanın paytaxtı Berlində bir qrup Fələstin tərəfdarı icazəsiz Berlin Humboldt Universitetinin bağçasına gələrək oturaq etiraz aksiyası keçirib.

Vəziyyətə müdaxilə etmək istəyən rektor Julia fon Blumethal nümayişçilərdən bir qədər söhbət etdikdən sonra aksiyanı dayandırmağı xahiş edib. Lakin nümayişçilər bunu qəbul etməyib və oturaq aksiyanı davam etdiriblər.

Sıx təhlükəsizlik tədbirləri alan Berlin polisi qrupa müdaxilə edərək 3 saat gözlədikdən sonra Fələstin tərəfdarlarını universitet bağçasından çıxarıb.

Müdaxilə zamanı polisə müqavimət göstərən bəzi nümayişçilər şəxsiyyətlərinin müəyyən edilməsi üçün müvəqqəti olaraq nəzarətə götürülüb.

Oturaq aksiya zamanı nümayişçilər “Azad Qəzza”, “Almaniya, İsrailə silah göndərilməsini dayandır”, “Soyqırımı dayandırın”, “Yaşasın Fələstin” kimi şüarlar səsləndiriblər.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
1
qaziler.az

2Mənbələr