AZ

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı məhsullara və sahələrdə təsir edir? – ARAŞDIRMAVİDEO

Türkiyədə illik inflyasiya durmadan artır.

Xezerxeber.az xəbər verir ki, qardaş ölkədə illik inflyasiya aprel ayında 70%-ə yüksəlib.

Bu isə Türkiyədə qiymətlərin artmasına gətirib çıxarır. Xüsusilə geyim, ayaqqabı və təhsil sektorunda ciddi bahalaşma müşahidə edilir.

İqtisadçı ekspertlər deyir ki, Türkiyədə baş verən inflyasiya onun ticarət partnyorlarına da təsirsiz ötüşmür.

Qardaş ölkə Azərbaycanın idxal və ixracında mühüm rol oynayır.

Faktiki olaraq Türkiyə Azərbaycana idxalda ilk üçlükdədir. Ekspertlər deyir ki, inflyasiya səbəbindən ötən ilin eyni ayına nisbətən ən az artım 51% ilə geyim və ayaqqabı qiymətlərində olub.

Xüsusilə bu ölkədə istehsal olunan həmin mallara Azərbaycan alıcılarının tələbatı böyükdür.

Ekspertlərin fikirincə, bahalaşma ən çox azərbaycanlı tələbələrə mənfi təsir edəcək. Belə ki, təhsil xərcləri ilə yanaşı kirayə qiymətləri də durmadan artmaqdadır.

Bununla belə ilin ikinci yarısından başlayaraq Türkiyədə inflyasiyanın getdikcə aşağı düşəcəyi ehtimal edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24393
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13749
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12040
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8755
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6291
Rəisi öldü, Pakistanda matəm elan edildi
5872
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5809
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5621
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4046
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3960
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3846
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3638
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3497
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3174
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
2917
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2820
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797