AZ

Qərbdə Azərbaycanla bağlı fikir dəyişdi – “Həm AŞPA-ya qayıdırıq, həm də...”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Gürcüstan və Ermənistandakı qarışıqlıq fonunda sabit Azərbaycan Qərb üçün çox maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Azərbaycanla Avropa Birliyi arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq inkişaf edir. Azərbaycan Avropanın inkişaf etmiş ölkələri ilə güclü ikitərəfli əlaqələri nəticəsində Qərbdən gələn təzyiqləri neytrallaşdırır. Xüsusilə son aylarda Almaniya ilə əlaqələrdə dinamiklik var. Berlin Bakı ilə əməkdaşlıqdan məmnun görünür. Həmçinin Azərbaycanın İtaliya və Böyük Britaniya ilə münasibətləri yüksək səviyyədədir. Almaniya ilə əlaqələr də bu müstəviyə qaldırılır.

Avropa nəhəngləri ilə münasibətlərin inkişafı Fransanın anti-Azərbaycan siyasətini fiaskoya uğratdı. Getdikcə Qərbdən Azərbaycana qarşı təzyiqlər tam dayandırılacaq. Azərbaycanın AŞPA-dakı fəaliyyətinin bərpa ediləcəyi də gözləniləndir”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə onu da istisna etmir ki, Avropanın lider dövlətlərinin başçıları COP29-da iştirak edəcəklər. Həmçinin onun fikrincə, Gürcüstan və Ermənistandakı qarışıqlıq fonunda sabit Azərbaycan Qərb üçün çox maraqlıdır.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
44
Mənbələr
Şərh ()
Bağla