AZ

Konte "Çelsi"yə qayıdır..?

Antonio Konte "Çelsi"yə qayıda bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “La Repubblica” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, klub 2016-2018-ci illərdə komandaya rəhbərlik etmiş italiyalı mütəxəssislə artıq əlaqə saxlayıb.

"Mavilər"in ortaq sahibi Todd Bouli Konte üçün yaxşı maliyyə şəraiti yaratmağa hazırdır. 54 yaşlı məşqçinin son iş yeri 2023-cü ilin martında tərk etdiyi "Tottenhem" olub.

Hazırda Maurisio Poçettinonun rəhbərliyi altında "Çelsi" Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla