AZ

AzərTAc-ın işçilərinin əməyinin ödənilməsi şərtlərinə dəyişiklik edilib

Nazirlər Kabinetinin “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” qərarına dəyişiklik edilib.

Banker.az xəbər verir ki, qərara əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 30 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 30 faizi, gecə növbəsində isə 60 faizi həddində əlavə haqq müəyyən ediləcək.

İndiyə qədər gecə vaxtı və çoxnövbəli iş rejiminin axşam və gecə növbəsində yerinə yetirilən işin hər saatına görə işçiyə ödənilən əlavə haqq AzərTAc-ın işçiləri üçün saatlıq tarif (vəzifə) maaşının müvafiq olaraq 30 faizi və 60 faizi həddində müəyyən olunurdu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
Mənbələr
Şərh ()
Bağla