AZ

Bu şirkət 20 min cərimələndi

“Asel Kredit BOKT” MMC tərəfindən işçilərin əmək hüquqlarının pozulması ilə bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.

“Cebhe.info” prokurorluğa istinadən xəbər verir ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 şəxsin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb. İş baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
310
49
cebheinfo.az

10Mənbələr