AZ

Berlində texnologiya şirkəti yanıb, zəhərli qazların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edilib

Berlində texnologiya şirkətinin binası yanıb, zəhərli qazların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

APA "Der Spiegel"ə istinadən xəbər verir ki, Berlin-Lichterfelde-də texnologiya şirkətinin binası tamamilə yanıb.

Bildirilib ki, yanğın "Diehl Metal Applications" metal texnologiyaları şirkətinin birinci mərtəbəsində baş verib və binaya yayılıb.

Məlumata görə, kimyəvi maddələrin saxlandığı binada baş verən yanğından sonra Berlin üzərində sıx tüstü dumanı müşahidə edilib.

Hazırda ərazidə xüsusi təyinatlılar da daxil olmaqla 170 yanğınsöndürən var. Yanğınsöndürmə xidməti sağlamlıq riskləri barədə xəbərdarlıq edib.

Şirkətin mətbuat katibi bildirib ki, zavodda mis siyanid və sulfat turşusu saxlanılıb və yanğın zamanı hidrogen sianid əmələ gəlmiş ola bilər. Zavodun ətrafında sağlamlıq üçün təhlükəli olan maddələrin dərəcəsi ölçülüb.

"Spiegel"in məlumatına görə, "İris-T" hava hücumundan müdafiə sisteminin istehsalı yanğından təsirlənməyib. Berlin zavodu avtomobil sektoru üçün hissələr istehsal edir və silah sektoru yanğından təsirlənməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
apa.az

2Mənbələr