AZ

“Öpüş xəstəliyi” — Valideynlər diqqətli olmalıdırlar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Epstein barr” virusu herpes virusları qrupuna daxil olan 4-cü tip herpes virusu tərəfindən törədilir. Xəstəlik qan təması və ağız suyu yolu ilə keçir. Öpüşmə ilə daha çox yoluxur, buna görə də bəzən “öpüş xəstəliyi” adlanır. Xəstə şəxs sağlam şəxsi öpərsə, ağız suyu ilə asanlıqla digər şəxsi də yoluxdura bilər”.

Bunu Demokrat.az-a açıqlamasında infeksionist Mərdan Əliyev deyib. Onun sözlərinə görə, xəstəliyə yoluxma halları uşaqlar arasında daha çox baş verir: 

“Uşaqların immuniteti daha zəif və orqanizmləri daha həssas olduğu üçün onlar arasında bu virus daha çox yayılır. Beş yaşına qədər uşaqlarda daha çox rast gəlinir. Xəstəlik boğaz ağrısı, limfa düyünlərinin böyüməsi, halsızlıq, qızdırma ilə müşayiət olunur. Boğaz ağrısı kəskin farengit şəklində olur, həmçinin boğazda simmetrik olaraq limfa düyünləri böyüyür. Bir çox hallarda isə xəstəlik simptomsuz olur. Uşaqlar fərqində olmadan bu xəstəliyə yoluxur və sağalır. Amma böyüklərdə xəstəlik daha ağır formada ola bilər. Təhlükəli ağırlaşmalar baş verə, hərarət yüksələ bilər”. 

Törə Zeynallı
Demokrat.az
Seçilən
40
Mənbələr
Şərh ()
Bağla