AZ

Estoniya Müdafiə Qüvvələrinin komandanı Baltikyanı blokadanı əsas məsələ adlandırıb

Estoniya Baltik dənizinin mümkün blokadasını əsas məsələlərdən biri hesab edir və bu istiqamətdə Polşa, İsveç və Finlandiya ilə birgə fəaliyyətin tərəfdarıdır.

Bu barədəEstoniya Müdafiə Qüvvələrinin komandanı, general Martin Herem məlumat verib.

“NATO-ya yeni üzv olan Polşa, İsveç və Finlandiya ilə birlikdə biz əsas problemlərimizdən birini - Baltik dənizində mümkün blokadanı həll edə bilməliyik”, - o, ölkənin Müdafiə Nazirliyinin təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, alyansın yeni müdafiə planlarında əlavə olaraq Estoniyaya gələcək NATO qüvvələri üçün komanda potensialı yaradılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
3
Mənbələr
Şərh ()
Bağla