AZ

Eston general: "Baltik dənizinin mümkün blokadasına hazırlaşmalıyıq"

Estoniya Müdafiə Qüvvələrinin komandanı general Martin Herem bildirib ki, onun ölkəsi Polşa, İsveç və Finlandiya ilə birlikdə Baltik dənizinin mümkün blokadasına hazırlaşmalıdır. 

HİT.az bu barədə "İnterfaks"a istinadən xəbər verir.

Hərbçi bildirib, Estoniya dəniz imkanlarını xeyli təkmilləşdirib. Onun sözlərinə görə, hazırda ölkənin Hərbi Dəniz Qüvvələrinin inventarında həm dəniz minaları, həm də gəmi əleyhinə raketlər var.

"NATO-ya yeni qoşulmuş Polşa, İsveç və Finlandiya ilə birlikdə biz əsas problemlərimizdən birini - Baltik dənizində mümkün blokadanı həll edə bilməliyik", deyə Herem qeyd edib.

O bildirib ki, bundan sonra potensial təcavüzkarın Baltikyanı dəniz və hava hücumundan müdafiə vasitələrini yerləşdirməsi tamamilə çətin olur və bu, öz növbəsində Estoniya və bu ölkələrə müttəfiqlərdən hava və dəniz dəstəyi göstərməyə imkan verəcək.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
2
Mənbələr
Şərh ()
Bağla