AZ

Rusiya Ermənistandan cavab gözləyir

"Moskva rusiyalı parlamentarilərin göndərdiyi müraciətə erməni həmkarlarından cavab gözləyir".

"Unikal" xəbər verir ki, bu barədə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Ümid edirəm ki, bu cür bəyanatlarla çıxış edənlərin Rusiya parlamentarilərinin müraciətinə cavab göndərməyə gücü çatacaq, cavab alan kimi biz onu diqqətlə öyrənəcəyik və lazım gələrsə, ictimaiyyətə açıqlama verəcəyik”, - deyə Zaxarova bildirib.

Zaxarova cavabın hazırlanmasında erməni parlamentarilərə "güc" arzulayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan Aİ-yə üzv ölkələrin parlament sədrlərinin İspaniyada keçirilən konfransında Rusiyanı Ermənistana qarşı “təhdid və dezinformasiya kampaniyası” təşkil etməkdə, həmçinin Rusiyanı Ukraynaya qarşı hərbi təcavüzdə ittiham edib.

Rusiya tərəfi Simonyanın ittihamları ilə bağlı qanunvericilərin mövqeyini öyrənmək üçün erməni parlamentarilərə müraciət edib.

Nuranə Abbasova 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla