AZ

"İrəvan üçtərəfli işçi qrupu səviyyəsində əməkdaşlığı dondurub" - Rusiya XİN

Rusiya mayın 10-11-də Almatıda keçirilən Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi danışıqlarını alqışlayır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. 

"Cənubi Qafqazda etibarlı və uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün daha bir addım atıldı. Biz Astananın bu istiqamətdə səylərini tam dəstəkləyirik. Tarixə nəzər salsaq, Qazaxıstan 1991-ci ildə mühüm töhfə verib. Sentyabrda Jeleznovodsk Bəyannaməsinin hazırlanması və qəbulu zamanı Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurmanı dayandırmaq üçün ilk ciddi cəhdlərdən biri idi.

Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılmasından danışan Qaluzin “Zəngəzur dəhlizi”ndən də bəhs edib: "Rusiya konkret marşrutun yaradılmasını tərəfdarı deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıdır". 

Onun sözlərinə görə, üçtərəfli işçi qrupu ritmik iş görüb və mühüm nəticələr əldə edə bilib. Nazir müavininin sözlərinə görə, 2023-cü ilin iyun ayında Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası ilə bağlı ümumi anlaşma əldə olunub, tərəflər demək olar ki, sistemli və balanslı razılığa gəliblər.

Qaluzin bildirib ki, bu proses dayanıb, İrəvan üçtərəfli işçi qrupu səviyyəsində əməkdaşlığı dondurmaq qərarına gəlib. 

Ağarza Elçinoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
50
unikal.az

10Mənbələr