AZ

Prezident söz verdi- Qafqazda müharibənin qarşısını necə alacağıq...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Image

Yəhya Babanlı: “Azərbaycan regionun aparıcı dövləti olaraq bütün bunları reallaşdırmaq gücündədir”

Prezident İlham Əliyev Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında bəyan etdi ki, biz imkan verməyəcəyik Qafqazı müharibə ocağına çevirsinlər:

“Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.

Maraqlıdır, Qafqazın müharibə ocağına çevrilməsinin qarşısını almaq üçün Azərbaycanın nə kimi imkanları var? Müttəfiqlərimiz, gücümüz nədir? Belə vəziyyətdə Gürcüstan kimin yanında olacaq?

“Bunun üçün digər katalizator qüvvə və dövlətlərə gərək uymayaq” 

Sözügedən məsələyə aydınlıq gətirən tarix üzrə fəlsəfə doktoru, politoloq Yəhya Babanlı “Bakı-Xəbər”ə açıqlamasında buna bir neçə aspektdən yanaşdı: “Əvvəla, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Azərbaycanın ev sahibliyi etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun özü və mövzusu elə dünyada sülhə, sabitliyə hesablanıb. Bakıda keçirilən bu ənənəvi forum sağlam beynəlxalq münasibətlərin və planetin yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün unikal platformadır. Azərbaycanın 30 illik siyasətini götürüb təhlil etsək görərik ki, daim sülh, qarşılıqlı dialoq və anlaşmanı təşviq edib. Bu gün də qalib olmasına baxmayaraq, yenə də humanist yanaşır məsələlərə, regional faktorları nəzərə alır, beynəlxalq hüququ ön plana çəkir. Qarşısındakı xalq və dövləti heçə saymır. Cənubi Qafqazın mərkəzində yerləşən Azərbaycanın ərazisi və əhali baxımından böyüklüyünü, habelə təbii və iqtisadi potensialını əsas götürərək qeyd etməliyik ki, bu coğrafiyanın arbitrı məhz Bakıdır. Bu imkanlar xüsusunda Azərbaycanın mövqeyi önəmlidir, yeri və rolu əhəmiyyətlidir. Habelə məlum hadisələrdə haqlı tərəfdir. Biz Cənubi Qafqazın sülh evinə, sabitlik adasına çevrilməsində maraqlıyıq. Eyni zamanda 3+3 formatını dəstəkləyirik. Gürcüstanın iqtisadi inkişafına kömək etmişik, ərazi bütövlüyünə hörmətlə yanaşmışıq. Gürcüstan tarixi keçmişi yaxşı bilir düşünürük. Bu yöndə həqiqətin, dar günün dostu Azərbaycanın yanında olacağı  qənaətindəyik. Bunun üçün digər katalizator qüvvə və dövlətlərə gərək uymayaq. Öz problemimizi özümüz həll edək. Azərbaycan Prezidenti dediyi kimi gərək müstəqil dövlət kimi, bu məsələni vasitəçi olmadan öz iradəmizlə - xalqın maraqlarına uyğun yekunlaşdıraq. Beynəlxalq aləm, Azərbaycan və Ermənistan, həmçinin vasitəçilərin özü belə 30 illik abstrakt tablonu açıq-aydın şəkildə görüb. Ona görə də Qafqaz Bizim Evimizdir prinsipi ilə tezliklə problem çözülməli və sülh imzalanmalı, hər 3 dövlət gələcəyə birgə baxmalıdır. Azərbaycan regionun aparıcı dövləti olaraq bütün bunları reallaşdırmaq gücündədir”.

Vidadi ORDAHALI





Seçilən
45
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
332
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
296
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
259
Azərbaycanda bu məhsul bahalaşdı
250
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
239
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
232
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
231
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
217
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
197
Helikopter qəzası ilə bağlı yeni xəbər
194
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
182
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
176
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
165
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
163
Həlak olan şəxslər sabah dəfn olunacaq
162
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
160
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
129
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
127
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
125
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
121