AZ

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir TƏHLİL

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bugünkü güclü və qüdrətli Azərbaycan tarixin müxtəlif dövrlərində ağır sınaqlardan keçməli olub. Bu çətin dövrlərdə insanlarımız öz azadlığı, həyatı uğrunda böyük mübarizələr aparıb, qurbanlar verib, sağlamlığından olub. Real və inkarolunmaz fakt ondan ibarətdir ki, Azərbaycan xalqı ağır sınaqlarla üz-üzə qalsa da, heç zaman haqqının qorunması, hüquqlarının müdafiəsi uğrunda mübarizəsindən imtina etməyib. Əksinə ağrılar, acılar xalqı bir-birinə daha sıx birləşdirmişdir. Qətiyyət və cəsarət, nəhayət, özünün qalibiyyəti ilə nəticələndi 30 avqust 1991-ci ildə Azərbaycan parlamentinin - Ali Sovetin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul etdi. Bəyannamədə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Təəssüflər olsun ki, bəzi qüvvələr çətinliklə qurulan müstəqilliyi hakimiyyət uğrunda savaşa qurban verməyə çalışdılar. Ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda bütün sahələrdə hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Belə bir ağır dönəmdə düzgün fəaliyyət yol tutulmadığından 1990-cı il yanvarın 20-də Moskvadakı Qorbaçov və onun yanında olan ermənipərəst qüvvələr Bakı şəhərində qanlı qırğın törətdilər. Bununla yanaşı, Azərbaycanı informasiya blokadasına almaqla baş verənlərin dünya ictimaiyyətinə çatdırılmasına əngəllər yaratdılar. Yalnız Ulu Öndərimiz Heydər Əliyevin fəal müdaxiləsi ilə Azərbaycanın üzləşdiyi 20 yanvar faciəsi ilə bağlı həqiqətlərin dünya xalqlarına və beynəlxalq təşkilatlara çatdırmaq mümkün oldu. Dahi Öndərimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 yanvar faciəsini törədənlərin ifasına nail oldu, beynəlxalq təşkilatları faciə ilə bağlı məlumatlandırdı. Dahi Öndərimiz faciənin ağır günlərində ailəsi ilə Azərbaycan xalqının yanında olduğunu nümayiş etdirdi. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında soydaşlarımızı ağır gündə “ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırdı”. Xalq Dahi Öndər Heydər Əliyev kimi bacarıqlı, böyük nüfuz sahibi olan bir şəxsiyyətin onunla olduğunu, müdafiə etdiyini gördü, ürəkləndi. Nəticədə sonrakı mərhələdə mübarizə daha geniş xarakter aldı və müstəqil Azərbaycan dövləti quruldu. Lakin qurulan dövlətin sütunları zəif və kövrək olduğundan dağılmaq təhlükəsi ilə üzləşmişdir.Xalqı bəlalardan xilas edən liderO zaman hakimiyyətdə olan AXC - Müsavat cütlüyü mövcud vəziyyəti aradan qaldırmaqdansa haqq uğurunda səsini qaldıran xalqın səsini batırmağa çalışırdı. Hətta küçələrə çıxan insanlara atəş açmaqdan, həbs edib, türmələrə atmaqdan çəkinmirdilər. Vəziyyətin idarəolunmaz dərəcədə kritik olmasından istifadə edən Ermənistan ardıcıl olaraq Azərbaycanın torpaqlarını işğal edirdi. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması mütləq tarixi zərurətə çevrilmişdi. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının ümid yeri Ümummilli Liderimiz, Xalqımızın xilaskarı Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. Həmin ilin oktyabrın 24-də Ulu Öndərimiz Heydər Əliyev ziyalıların müraciətinə müsbət cavab verdi. Beləliklə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Dahi Öndərimiz partiyanın Sədri seçildi. Tarixi çıxışlarının birində Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkəmizdə cəriyan edən çətin, ağır dövrü barədə demişdir: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”. Xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ulu Öndərimiz ölkəni və xalqı üzləşdiyi bəlalardan xilas edə bildi. Bu baxımdan 1993-cü ilin 15 İyun Milli Qurtuluş Günü - Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan tarixi gündür. Xilaskarlıq missiyasını öz üzərinə götürən Dahi Öndər Heydər Əliyev daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğradaraq, 1993-cü il iyunun 9-da Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ümummilli Lider Heydər Əliyev ölkə daxili problemlərin həlli üçün cəmiyyət də vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.Ulu Öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) institutu yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktorladan biri idi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi.“Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir”2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən, onun ən dəyərli, siyasi varisi olan İlham Əliyevin timsalında bir daha onun dahiliyinin şahidi olduq. Azərbaycan xalqı həmişə o irsdən faydalanacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyevin -100” nin keçirlməsi barədə qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaq. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdir. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdir. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu, Azərbaycanın iqtisadi imkanları daha da genişləndi, beynəlxalq münasibətlər sistemində rolu artdı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı və ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaratdı. Qürur hissi ilə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Prezidenti İlham Əliyevin xalq, dövlət maraqlarına əsaslanan xeyirli, gərəkli fəaliyyətinin əsas məğzini 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın düşmən əsarətindən azad edilməsi və bununla da Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsidir.“Azərbaycan daim var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq”.44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. 2023-cü ilin aprelin 23 -də isə Xankəndi-Laçın yolunun başlanğıcında, Həkəri çayının üzərində sərhəd- keçid məntəqəsi quruldu. Bununla da suverenliyimiz təmin olundu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu fikirləri ilə Prezident İlham Əliyev bir daha Ulu Öndərimizin siyasətini inamla və qətiyyətlə davam etdirdiyini və Dahi Öndərin “torpaqlarımızın işğaldan azad edilməsi” vəsiyyətini böyük fəxarət və qürurla yerinə yetirdiyini göstərir. Bu günki, güclü və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridr. Bu baxımdan demək olar ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın özüdür. Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Ulu Öndər Heydər Əliyev çıxışlarının birin də demişdir: “Azərbaycan durduqca mən var olacam”. Bəli Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Azərbaycan dövləti dünya durduqca yaşayacaq və daim inkişaf edəcək. Bu isə bir daha onu deməyə əsas verir ki, deyək: “Azərbaycan daim var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq”.İLHAM ƏLİYEV

Seçilən
30
10
Mənbələr
Şərh ()
Bağla