AZ

Elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı müəyyənləşib

Nazirlər Kabineti “Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların siyahısı”nı təsdiqləyib.

APA-nın xəbərinə görə, siyahı aşağıdakı kimidir:

Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına məhdudiyyətlər tətbiq edilməyən istehlakçıların SİYAHISI

Azərbaycan Respublikası Prezidentinin iqamətgahları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin inzibati binaları və balansında olan digər binalar;

Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin inzibati binası, həmçinin tabeliyində olan təşkilatların inzibati binaları;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin inzibati binası;

Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası;

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin inzibati binaları;

Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binası;

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binası;

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası, həmçinin Nazirliyin strukturunda və tabeliyində olan qurumların, şəhər və rayon polis orqanlarının inzibati binaları, hərbi hissələri;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin inzibati binası. Nazirlik üzrə: Baş Qərargah, döyüş və hərbi hazırlıq obyektləri, hərbi hissələri;

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin inzibati binası. Nazirlik üzrə: Mülki Müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin inzibati binaları və hərbi hissələri, regional mərkəzlərinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, “112” qaynar telefon xəttinin yerləşdiyi inzibati binalar, Dövlət Yanğından Mühafizə Xidmətinin və struktur bölmələrinin binaları;

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binası. Nazirlik üzrə: Penitensiar xidmətin inzibati binası, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri;

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin inzibati binası;

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binası. Nazirlik üzrə: Elektron Təhlükəsizlik Xidmətinin, “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxsin, “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin, Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (Abşeron rayonu) və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin (Naxçıvan Muxtar Respublikasının Babək rayonu) inzibati binaları; Dövlət Mülki Aviasiya Agentliyinin yerləşdiyi bina, “Aztelekom”, “Bakı Telefon Rabitəsi”, “AzInTelektom”, “AzEvroTel” məhdud məsuliyyətli cəmiyyətlərinin, “Beynəlxalq Avtomat Telefon Stansiyası”nın, Gəncə və Sumqayıt telekommunikasiya qovşaqlarının inzibati və texnoloji binaları, telekommunikasiya şəbəkələri, telekommunikasiya operator və provayderlərinin telekommunikasiya vasitələri və qurğuları, radio-televiziya yayımı stansiyaları, Yevlax Ehtiyat Data Mərkəzi;

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Fizika İnstitutu, Biofizika İnstitutu, Mikro- biologiya İnstitutu, Zoologiya İnstitutu, Genetik Ehtiyatlar İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, internat tipli ümumi təhsil müəssisələri, xüsusi ümumtəhsil məktəbləri, reabilitasiya mərkəzləri;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan sosial xidmət müəssisələri;

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin inzibati binası;

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin inzibati binaları;

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binaları. Xidmət üzrə: istintaq təcridxanası, struktur bölmələri, şəhər (rayon) idarə və şöbələrinin inzibati binaları;

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin inzibati binası və obyekti;

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binası və hərbi hissələri;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin aparatının inzibati binası. Xidmət üzrə: regional miqrasiya baş idarələrinin və regional miqrasiya idarələrinin inzibati binaları və onların Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində miqrasiya şöbələri (bölmələri) və qanunsuz miqrantların saxlanılması mərkəzləri;

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının inzibati binası. Xidmət üzrə: Mərkəzi çağırış məntəqəsi kompleksi, Qəbələ şöbəsinin inzibati binası;

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin inzibati binası, ixrac boru kəmərləri keçən şəhər və rayon mərkəzlərində regional idarələrinin inzibati binaları;

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin inzibati binası və texniki obyektləri;

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin şəhər (rayon) su təchizatı sistemlərinin su qəbulu, su təmizləyici qurğuları, suyun nəqli və təchizatı müəssisəsi və obyektləri;

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi Aparatının inzibati binası və dövlət ehtiyatlarının saxlanc yerləri;

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin inzibati binası;

Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binası;

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin inzibati binası və seysmoloji stansiyaları;

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC- ın) inzibati binası;

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR TOWER), “Azəriqaz” və “Azərikimya” istehsalat birliklərinin, “Qaz İxracı” və “Neft Kəmərləri” idarələrinin inzibati binaları, neftin və qazın istehsalı, nəqli (dövlətlərarası nəqletmə stansiyaları), emalı (Heydər Əliyev adına Neft Emalı Zavodu və Qaz Emalı Zavodu), təchizatı müəssisələri və obyektləri;

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mərkəzi və yerli dispetçer idarəetmə məntəqələri;

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bilavasitə uçuşun təşkili və idarə edilməsi, radiotexnika və yanacaq təminatı, habelə təhlükəsizlik xidməti üzrə müəssisə və obyektləri, beynəlxalq hava limanları;

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mərkəzi və yerli dispetçer idarəetmə məntəqələri, bilavasitə sərnişin (yük) daşımaları və təhlükəsizlik xidməti müəssisəsi və obyektləri;

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binası, yük və sərnişin daşımalarını icra edən müəssisə və obyektlər;

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin inzibati və texnoloji binaları, dispetçer idarəetmə mərkəzləri, elektrik depoları, yerüstü və yeraltı infrastrukturu (stansiyalar, yarımstansiyalar, şaxtalar, elektrik və su təchizatı və mühəndis-texniki qurğuları, işarəvermə və rabitə qurğuları, telekommunikasiya avadanlıqları, havalandırma və ventilyasiya qurğuları);

Xəstəxanalar, o cümlədən xəstəxana kimi fəaliyyət göstərən elmi tədqiqat institutları, doğum evləri, reabilitasiya müəssisələri, təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, TƏBİB-in İnnovasiya və Təchizat Mərkəzi (anbar), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin Təminatı Mərkəzi (anbar);

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin inzibati binaları, strukturunda olan qurum- ların inzibati binaları və texniki obyektləri;

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparıl- ması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq dövlət informasiya sistemlərinin saxlanıldığı binalar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24083
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13466
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11248
Helikopter qəzası ilə bağlı yeni xəbər
7375
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5762
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5569
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5361
Rəisi öldü, Pakistanda matəm elan edildi
5114
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3966
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3776
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3670
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3532
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3223
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3089
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2782
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2546