AZ

Bakıda alıcılar daha çox bu evləri alır -

"May ayından başlayaraq avqust ayının sonuna qədər fərdi həyət evləri, torpaq sahələri və bağ evlərinə təlabat artır. Təbii ki, həmin mövsüm müştəri çoxluğu olduğuna, tələbat artdığına görə, qiymətlərdə də müəyyən dərəcə artımlar müşahidə olunur". Bunu Metbuat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, bu il ötən illərə nisbətən fərdi həyət evlərinin satışı daha çoxdur:"Bəziləri öz evlərini satır, bir qism şəxslər isə torpaq alıb, ev tikib satırlar. Onlar da digər aylarda alıb tikirlər, mövsüm yaxınlaşanda artıq hazır vəziyətdə satışa çıxarırlar. Təbii ki, tələbat artdıqca qiymətlərdə də artım müşahidə olunur. Bakı və Abşeron ərazilərində artıq fərdi həyət evləri, bağ evləri üçün yararlı torpaq sahələri demək olar ki, qalmayıb. Satışda olan torpaq sahələrinin qiymətlərində də ciddi artımlar var". Ekspert onu da vurğulayıb ki, sənədsiz və sədəni olan evlərin qiymətlərində fərqlər mövcuddur:"Sənədsiz evlərin satış qiymətləri ortalama 20-25 min manatdan başlayaraq, 70-80 min manata qədər dəyişə bilir. Çıxarışlı evlərdə isə qiymətlər daha bahadır. Mövsüm yeni başlayır deyə, qısa müddət sonra əmlak bazarında müştəri bolluğu müşahidə olunacaq. Təbii ki, müştəri bolluğu iqtisadi cəhətdən ölkə üçün çox səmərəlidir. Lakin, alıcıların artıq böyük bir qismi çıxarışlı əmlaklara üstünlük verirlər".Elnur Fərzəliyev son olaraq deyib ki, bəzi ərazilərdə yaşayış massivləri sıx formada tikilib, orada sıx tıxaclar müşahidə olunur. Tıxaclar səbəbindən vətəndaşlar öz əmlaklarını satıb, daha rahat əraziyə köçməyə üstünlük verirlər.

Seyranə Quliyeva / Metbuat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24083
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13466
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
11245
Helikopter qəzası ilə bağlı yeni xəbər
7358
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5761
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5569
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
5348
Rəisi öldü, Pakistanda matəm elan edildi
5110
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3964
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3776
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3670
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3532
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3218
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3089
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2782
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2546