AZ

Dağıdıcı müxalifət yalnız trollardan ibarətdir ANALİZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Müasir dövrün yenilikləri bəzi işbazların əl-qolunun açmasına imkanlar yaradıb. O mənada ki, işbazlar müxtəlif sosial şəbəkə vasitələrindən istifadə etməklə özlərinin sərsəm, cəmiyyət üçün arzuolunmaz ideyalarını, təkliflərini ütülənmiş formada təbliğ və təqdim edirlər. Təəssüflər olsun ki, onların əndrabadi ideyalarını dəstəkləyənlər də olur. Belə dəstəkçilərin sayı az olsa da, hər halda var və bu, heç də müsbət hal olaraq qiymətləndirilə bilməz. Çünki cəmiyyətin sağlam, intellektli, geniş dünya görüşünə malik insanların varlığına ehtiyacı var. Əgər ortaya məntiqsiz ideya müəllifləri çıxıb bayağı, heç bir ciddi əsası olmayan ideya və təkliflər dövriyyəyə buraxılırsa, bu, artıq böyük, möhtəşəm, milli maraqlara söykənən ideyaların cüzi də zədələnməsinə cəhd deməkdir. Misal olaraq, cəmiyyətdə dağıdıcı müxalifət olaraq tanınan AXCP, Müsavat, “Milli Şura” kimi qurumların rəhbərlərinin sosial şəbəkələr üzərindən ölkəmizin milli və dövlətçilik maraqlarına zərər vura biləcək fəaliyyət yolu tutmalarını göstərmək olar. Əli Kərimli, Cəmil Həsənli, Fuad Qəhrəmanlı, Seymur Həzi və digərləri SOROS-un ayırdığı qrantlara arxalanıb, Azərbaycanla bağlı qərəzli açıqlamalar verir, videolar paylaşırlar. Xüsusilə də, baş troll hesab edilən Əli Kərimli canfəşanlığı ilə seçilir. Bu məxluq özünü gah siyasəytçi, gah da bloger kimi təqdim etməyə çalışsa da, cəmiyyət onu maraqlı tərəflərin trolu olaraq tanıyır. Sadəcə, Ə.Kərimlinin digər trollardan fərqi ondan ibarətdir ki, xarici maraqlı dairələr birbaşa onunla işləyirlər. Yəni, Ə.Kərimliyə maddi yardımlar göstərir və qarşılığında müyyən işlər tələb edirlər. Bu əməkdaşlıq çərçivəsində Ə.Kərimli hər vəchlə çalışır ki, ətrafına daha çox trol toplaya bilsin. Ədalət naminə demək olar ki, qismən də olsa bu istiqamətdə məqsədinə nail ola bilib. Məram və məqsədlərini anlamayan pul hərisi olan Fuad Qəhrəmanlı, Seymur Həzi, İlham Hüseyn,Natiq Ədilov və digərləri vaxtaşırı olaraq xor dərnəyinin banlayan üzvləri kimi Ə.Kərimlinin şər və böhtan xarakterli paylaşımlarını bəyənir və öz səhifələrində paylaşmaqla dəstəkləyirlər. Nədi-nədi Ə.Kərimli aldığı qrantdan onlara da verir. Bu isə utancvericidir. Çünki özünə hörmət etməyi bacaran şəxs kiminsə tapşırıqlarına boyun əyib, trolluq etməz.Əli Kərimli dəstəbaşı statusunu itirə bilər Faktlara və baş verən proseslərə istinad etsək, o zaman demək olar ki, dəstəbaşı Ə.Kərimlinin və trollarının cəhdləri uğursuzluğa düçar olur. Buna baxmayaraq hələ də hərəsi əlinə bir zurna alıb nəzarətsiz zona hesab olunan sosial şəbəkələrdə piləmək də davam edirlər. Bu isə onların həddindən artıq riyakar və abırsız məxluq olduqlarını göstərir. Hər gün mitinq hazırlıq şousundan danışan dağıdıcı müxalif ünsürlər aradabir qrant əldə etmək üçün gəlirli iş hesab oluna “siyasi məhbus” məsələsindən də geninə-boluna istifadə edirlər. Bu məsələdə onlara “Azadlıq”, “Amerikanın səsi”, “BBC” və bu kimi digər xarici radio və internet TV-lərdə yardımçı olurlar. Bir növ qidalandıqları mərkəzi şəbəkədən gələn sifarişləri yerinə yetirirlər. Gülüş doğuran və ironiya ilə qarşılanan hal ondan ibarətdir ki, bəzi hallarda sözügedən xarici radiolar özlərini müstəqil radiolar kimi təqdim etməyə cəhd edirlər. Halbuki, “Azadlıq” radiosu ABŞ Konqresindən maliyyələşir. “Azadlıq" radiosunun nizamnaməsində qeyd edir ki, Konqres tərəfindən maliyyələşdirilməsinə baxmayaraq, müstəqil KİV qurumudur, informasiya siyasətində azaddır. Lakin radionun Azərbaycana qarşı qərəzli və sifarişli reportajları onu deməyə əsas verir ki, nizamnamədə yazılanlar cızma-qaradan başqa bir şey deyil.“Azadlıq” radiosu ABŞ-ın qaranlıq dairələrinin boyunduruğu altındadır. İstəsə belə müstəqil ola bilməz“Azadlıq” radiosu Faransa senatı, ABŞ Konqresi, AŞPA nümayəndələri kimi ermənipərəst mövqe nümayiş etdirir, Azərbaycana qarşı qərəzli şər və böhtanlar səsləndirir, reportajlar yayır. Fevralın 7-də keçirilən zəfər seçkisi zamanı və ondan sonra bu radionun tutduğu qərəzli və ikrah doğuran mövqe hər kəsə, o cümlədən xarici ölkələrin dinləyicilərinə də məlumdur. Sonrakı mərhələdə bu radio hər bir xırda məişət pozuntusunu qabardıb, onu qlobal problem kimi dinləyicilərinə təqdim etməyə çalışdı. Bu isə onu bir daha təsdiq edir ki, “Azadlıq” radiosu ABŞ-ın qaranlıq dairələrinin boyunduruğu altındadır. İstəsə belə müstəqil ola bilməz. Çünki əks halda işçiləri maaşdan və ən əsası işlərindən ola bilərlər. Radionun Azərbaycanın dağıdıcı müxalifəti ilə eyni maraqları bölüşməsi və birgə iş aparmaları onu təsdiq edir ki, xarici maraqlı dairələr belə məsləhət görüblər. Fikir verin, dağıdıcı müxalifətin yaydığı istənilən şantaj və böhtan xarakterli informasiya ilk növbədə “Azadlıq” radiosunda işıq üzü görür. İndi də “siyasi məhbus” şousu və mitinq oyunları ətrafında “Azadlıq” radiosu və dağıdıcı müxalifət birlikdə müxtəlif məzhəkələr qurub, informasiyalar paylaşırlar. Lakin əminliklə demək olar ki, bu cür qərəzli oyunlar onların özlərinə növbəti rüsvayçılıqlar gətirəcək. Çünki Azərbaycan ictimaiyyəti ilə yanaşı, tərəqqipərvər xalqlar da ölkəmizin azad və demokratik, hüquqi bir dövlət olduğunu yaxşı bilirlər. Onu da bilirlər ki, istər “Azadlıq” radiosunun, istərsə də dağıdıcı müxalifətin çirkin məqsədləri nədən ibarətdir və bu məqsədləri dövriyyəyə buraxılması göstərişləri hansı ünvanlardan gəlir. Ona görə də onların sözləri və fikirləri sadəcə boşboğazlıqdan başqa bir şey deyil.İLHAM ƏLİYEV

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
305
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
287
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
244
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
233
Azərbaycanda bu məhsul bahalaşdı
232
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
223
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
215
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
193
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
189
Helikopter qəzası ilə bağlı yeni xəbər
179
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
175
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
167
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
159
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
157
Həlak olan şəxslər sabah dəfn olunacaq
156
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
153
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
124
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
122
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
121
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
117