AZ

"Taksilərlə bağlı qərardan sonra köhnə avtomobillərin qiymətində ciddi ölçüdə azalma hiss olunacaq"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Son aylar avtomobil bazarında durğunluq hiss olunur. Ötən günlərdə avtomobil bazarının girişi ilə bağlı sosial şəbəkələrdə video paylaşılmışdı. Qeyd edilirdi ki, hər kəs avtomobilini satmaq üçün bazara gətirsə də, alıcı kütləsi azdır. Yəni vətəndaşlar avtomobil almırlar. "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, avtomobil bazarında durğunluq, əsasən büdcə avtomobilləri ilə bağlı idi: "Ölkəyə gətirilən ikinci əl və ucuz avtomobillər, büdcə avtomobilləri əsasən taksi fəaliyyətində istifadə olunurdu. Bu avtomobillərlə bağlı şərtlər qoyulduğu və dəqiq buraxılış məsələləri olduğu üçün bu avtomobillərin bir çoxu taksi fəaliyyəti üçün yararsız hesab edildi. Bu səbəbdən də, bazarda durğunluqdur". Eyyub Əliyev Ekspertin sözlərinə görə, son zamanlar əhalinin əsasən yerli istehsal olan yeni avtomobillərə daha çox yönəlməsi müşahidə edilir. “Bu ilin ilk 3 ayı ilə ötən ilin ilk 3 ayını müqayisə etdiyimiz zaman ölkəyə gətirilən avtomobillərin sayında azalma müşahidə edilir. Avtomobil sayı az olsa da, qiymətlərdə çoxalma oldu. Bu da o deməkdir ki, artıq ölkəyə bu ilin 3 ayında gələn avtomobillərin daha çoxu qiymət baxımından baha olan və eyni zamanda daha keyfiyyətli avtomobillər gəlir. Burada söhbət, ikinci əl avtomobillərdən gedir. Bilirsiniz ki, əvvəllər çoxu yararsız və ucuz avtomobillər gətirilirdi. Bu ilin ilk 3 ayını, keçən ilin 3 ayı ilə də müqayisə edəndə, bu ilin göstəricilərinə baxanda avtobil sayının azalmasını, amma onların məbləğinin qiymətinin çoxalmasını müşahidə edirik”-deyə ekspert bildirib. Eyyub Əliyev qeyd edib ki, ölkəmizdə avtomobil parkının köhnə olması (83 faizdən çoxu köhnə idi, 10 ildən yuxarı idi yaşı) və artıq dövlətin və özəl sektorun birgə apardığı avtoparkın yenilənməsi istiqamətində apardığı təbliğat və təşviqat işlərinin nəticəsidir ki, artıq vətəndaşlarımız da sınıq-salxaq və ekologiyaya ziyan vuran köhnə avtomobillərdən imtina edirlər. Qiymətlərə gəldikdə, Eyyub Əliyev əlavə edib ki, qiymətlərin bahalaşması gözlənilmir. Əksinə taksi fəaliyyətində yararsız olacaq avtomobillərin qiymətlərinin aşağı düşməsi müşahidə ediləcək. Köhnə avtomobillərin qiymətləri aşağı düşəcək. “Son zamanlar yaşı 10-dan yuxarı olan avtomobillərə məhdudiyyət tətbiq olunandan sonra, yaşı 10-dan yuxarı olan Azərbaycanda daxildə olan o köhnə, ikinci əl avtomobillərin qiyməti süni olaraq, 2 min-3 min manata qədər qalxmışdır. Amma taksilərlə bağlı olan qərardan sonra, köhnə avtomobillərin qiymətinin 30-40 faiz aşağı düşməsini müşahidə edəcəyik. Alıcılar əsasən yerli istehsal - istər Naxçıvan zavodunun, istər Neftçala və Hacıqabul zavodunun yığımlarından olan maşınlara daha çox yönəliblər. Digər tərəfdən bazarımıza yetərincə elektrik avtomobilləri daxil olur. Amma büdcə avtomobilləri yəni qiyməti ucuz olan avtomobillərlə maraqlananlar çoxdur. Bu istiqamətdə tələb olduğu üçün onların bazarımıza gətirilməsi müşahidə olunub”-deyə Eyyub Əliyev vurğulayıb. İradə Cəlil, Bizimyol.info

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla