AZ

Trampa maliyyə saxtakarlığı işi üzrə ifadə vermək qadağan edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ifadə vermək hüququnu pozulduğunu bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, keçmiş prezident Trump “Organization”un maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə dindirilməlidir.

“Mənə ifadə verməyə icazə verilmir. Mənimlə bağlı istintaq sirrini açıqlamamaq əmri var. Bu isə konstitusiyaya ziddir”,-deyə Tramp bildirib.

“CNN”in xəbərinə görə isə əslində, keçmiş prezident məsələni bir qədər şişirdir. Çünki bu əmr Trampın məhkəmədə ifadə verməsinə mane olmur, nə də mətbuata danışmağı və ya kampaniya mitinqlərində çıxış etməyi qadağan edir. Sözügedən  məhdudiyyətlər Trumpın sadəcə şahidlər, prokurorlar, məhkəmə məmurları və onların ailə üzvləri və iş üzrə andlı iclasçılar haqqında neqativ fikirlər səsləndirməsinə şamil edilir.

Çərşənbə axşamı məhkəmə Trampı həmin əmri pozduğuna görə 9000 dollar cərimələyib. Bu bir daha təkrar olunsa Trampı həbs gözləyir. Keçmiş prezidentə "Truth" sosial şəbəkəsindən bəzi statusları silmək də tapşırılıb.

Musavat.com

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla