AZ

Ramik Hacıyev AFFA-nın maraq dairəsində deyil

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“XSPORT.ua” nəşrinə istinadla Ukraynanın “Dnepr-1”in klubunda çıxış edən Ramik Hacıyevin Azərbaycan vətəndaşlığını qəbul edərək millimizə cəlb oluna biləcəyini xəbər vermişdik.

Həmkarlarımız buna səbəb kimi Ukraynada yeni səfərbərlik haqda qanunun qüvvəyə minməsini göstərmişdi. Belə ki, 18 yaşdan 60 yaşa qədər bütün ukraynalı kişilər hərbi komissarlıqda 60 gün ərzində qeydiyyatdan keçməli və ya onu yeniləməlidi. Ukraynada ikili vətəndaşlığa icazə verilmədiyindən, Ramikin AFFA-nın təklifini qəbul edəcəyi gözlənilir. Görəsən, bu nə dərəcədə realdı? Bu məsələ ilə bağlı bilgi almaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və yığmanın meneceri İlqar Qurbanov ilə əlaqə saxladıq:

Elnur Məmmədli:

“AFFA ölkə xaricində çıxış edən, ölkəmizlə bağlılığı olan bütün futbolçuların çıxışını izləyir, onları diqqət mərkəzində saxlayır. Ramik Hacıyev də diqqət mərkəzində olan oyunçularımızdandı. Lakin hazırda onun milli komandaya cəlb olunması ilə bağlı məsələ gündəmdə deyil”.

İlqar Qurbanov:
“Hər bir Azərbaycan əsilli oyunçu maraq dairəmizdə olur. Onları izləyirik. Lakin Ramik Hacıyevin AFFA-nın təklifini qəbul etməsi haqda məlumatım yoxdu”.

GÜNAY SÜLEYMANOVA
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla