AZ

Avropa Komissiyasının rəsmisi: "Cənubi Qafqaz regionunda sülh hər şeyi dəyişəcək"

Avropa

"Cənubi Qafqaz regionunda sülh hər şeyi dəyişəcək".

Bunu "Report"a müsahibəsində Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) deyib.

O qeyd edib ki, sülh danışıqları iki ölkə arasında gedən prosesdir:

"Çox şadam ki, iki ölkə bu prosesi birlikdə irəliyə doğru aparır. Başa düşürəm ki, bundan sonra bir sıra görüşlər olacaq və çox ümid edirəm ki, siz bu sülh sazişinə nail olacaqsınız, biz isə öz növbəmizdə bu prosesi tam dəstəkləyəcəyik".

Q.Y.Kupman danışıqların çox yaxşı getdiyini düşündüyünü vurğulayıb:

"Düzünü desəm, heç kim prosesin bu qədər yaxşı keçəcəyini gözləmirdi. Ona görə də hər iki ölkəni təbrik edirəm. Əvvəllər dediyim kimi, biz bunu son dərəcə müsbət bir inkişaf kimi görürük. Düşünürəm ki, regionda sülh hər şeyi dəyişəcək. Regionun çox böyük potensialı var. Biz avropalılar bu regionla işləməyi çox istərdik. Fikrimcə, uzun müddətdir davam edən regional münaqişə sülhlə sonlansa, Aİ ilə region arasında böyümə, inkişaf və iqtisadi əlaqələr şansları daha da güclənəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
Mənbələr
Şərh ()
Bağla